Qızıldaş qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirildi - Fotolar

qizildas-qesebe-sakinleri-ile-novbeti-seyyar-gorusu-kecirildi
Oxunma sayı: 1257

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Qızıldaş qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirib. 

“Qafqazinfo” xəbər verir ki, görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak ediblər. 

Keçirilmiş səyyar qəbulda 80-ə yaxın qəsəbədə sakinləri iştirak edib. Qəsəbə sakinlərindən 10 nəfəri fərdi qaydada dinlənilib. 

Sakinlərini narahat edən problemləri dinlənildikdən sonra onların həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilib.