Qızıldaşda qəza- - 1 ölü, 3 yaralı

qizildasda-qeza-
Oxunma sayı: 1769


Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, hadisə martın 4-də saat 08 radələrində Qaradağ rayonunun Qızıldaş qəsəbəsində qeydə alınıb.

Ağdaş rayon sakini Hacıağa İsrafilovun idarə etdiyi “VAZ-21054” və Füzuli rayon sakini Saleh İsrafilovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub. H.İsrafilovun sərnişinlərindən Bakı şəhər sakini İntiqam Əsgərov hadisə yerində ölüb, özü və digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Murad Əhməd