Qızılın qiyməti 7 il sonra rekord həddə çatdı

qizilin-qiymeti-7-il-sonra-rekord-hedde-catdi
Oxunma sayı: 2027

Qızılın qiyməti 2013-cü ildən sonra ilk dəfə rekord həddə çatıb.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, qızılın bir unsiyasının qiyməti 7 illik fasilədən sonra 1600 dolları keçib (1610,5 dollar). Qızılın indiyədək maksimal qiyməti 2013-cü ilin martında 1614,4 dollar olub.

Gümüş isə 0,6% bahalaşaraq bir unsiyası 18,26 dollar olub.