Qızılın qiyməti son 8 ildə maksimum həddə çatdı

qizilin-qiymeti-son-8-ilde-maksimum-hedde-catdi
Oxunma sayı: 3067

“OPEC+” ölkələrinin neftin hasilatının bir az da azaldılması ilə bağlı danışıqlarının uğursuzluqla nəticələnməsindən sonra qızılın qiyməti son 8 ildə maksimum həddə çatıb.

“Qafqazinfo” “Röyters”ə istinadən xəbər verir ki, dünya birjalarında XAU qızılının qiyməti bir unsiyaya görə 1702,45 dollardır.

ABŞ-da isə qızıl fyuçerslərinin qiyməti 1,6% bahalaşaraq bir unsiyaya görə 1699,70 dollar olub.