“Qızım 13 yaşındaykən mənimlə narkotik çəkdi”

qizim-13-yasindayken-menimle-narkotik-cekdi
Oxunma sayı: 3948

Hollivud ulduzu Conni Deppin qızı Lili Rouz barədə açıqlaması dünya gündəmini zəbt edib.  

“Qafqazinfo” xəbər verir ki, sənətçi 14 yaşından etibarən narkotik istifadə etdiyini, çətin bir uşaqlıq dövrü keçirdiyini bildirib. 

Depp daha sonra “The Sun” qəzetinin qızı barədə yaydığı xəbərdən danışıb.  O, Venessa Paradislə nikahından dünyaya gələn Lili ilə narkotik çəkdiyini bildirib:

“Qızım mənimlə 13 yaşındaykən narkotik çəkdi. Məsuliyyətli bir valideyn kimi borcumu yerinə yetirdim. O, mənə narkotik çəkmək istəyindən danışdı. Arzusunu reallaşdırdım, istəmədim ki, psixoloji olaraq çöksün. 12-13 yaşlarında hansısa bir şənliyə gedən zaman hər kəsə narkotik, içki, siqaret təklif edirlər.  Qızıma dedim ki, hansısa bir şənlikdə sənə narkotik təklif etsələr, qəbul et. Amma tanımadığın şəxslərlər belə bir addım atma”.