“Qafqazinfo” klubun rəsmi saytına istinadən xəbər verir ki, Sadiqov 6, Qay isə 19 nömrəli formanı geyinəcəklər.
Bundan öncə “Qəbələ”dı 19 nömrəli futbolka altında çıxış edən olmasa da, 6 nömrə uzun müddətdir ki, zədəli olan Vladimir Levində olub.
Komandanın yeni futbolçuları isə bu nömrələri niyə seçdiklərini belə izah ediblər:
Rəşad Sadiqov: "Uşaqlıqdan 6 nömrəli futbolka ilə çıxış etmişəm. Mənə düşərli olduğunu düşünürəm. Bundan öncə şərəfini qoruduğum komandalarda da bu nömrəni daşımışam".
Aleksey Qay: "19 rəqəmi mənim üçün uğurlu rəqəmdir. Futbolçu karyeramın ən uğurlu illərini yaşadığım klubda - "Şaxtyor"da bu nömrə ilə çıxış etmişəm. Məhz bu nömrə ilə böyük futbola başlamışam. Bundan əlavə qızım 19 noyabr 2004-cü ildə dünyaya göz açıb. Yəni 19-un həyatımda önəmi böyükdür".
Son xəbərlər
Son Xəbərlər