“Qızım Amerikada ailə qurdu, biz iştirak edə bilmədik”

qizim-amerikada-aile-qurdu-biz-istirak-ede-bilmedik
Oxunma sayı: 16852

Meyxanaçı Ağamirzə Məmmədovun qızı ABŞ-də ailə həyatı qurub.

“Qafqazinfo” xəbər verir ki, meyxanaçı bu barədə “Qonaqcanlı” verilişində bildirib.

O, övladının bu ilin iyununda Mehdi adlı bəylə ailə qurduğunu açıqlayıb: “Oğlan Amerikada işləyirdi. Qızım da təhsillə bağlı getdi. Həm ziyarət, həm ticarət. Təzə, bu il getmişdi. Onlar bir-birini çoxdan istəyirdilər. Həm təhsil almağa, həm onunla ailə qurmağa getdi. İyunun 8-də toy olub. Biz iştirak edə bilmədik. Qismət, Allah necə yazıb, elə də olmalıdır. El adəti ilə orada toy olub. Elariz (Amerikaya köçən müğənni Elariz Məmmədoğlu - red.) də toyu idarə edib”.