“Qızım atası ilə görüşmək istəmir”

qizim-atasi-ile-gorusmek-istemir
Oxunma sayı: 7048

Aparıcı Lətafət Ələkbərova 14 yaşlı qızının atası ilə görüşmək istəmədiyini deyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, “Özümüz danışaq” yutub layihəsində bildirib.

Onun sözlərinə görə, tək başına övlad böyütmək çox çətindir, amma artıq qızı onu başa düşür:

“Həyatımızın çox rahat bir dönəminə gəlmişik. Bir-birimizi başa düşürük. Artıq mənim dostumdur. Onun da həyatda hədəfləri, məqsədi var. Dillə çox maraqlanır – ingilis, fransız və rus dillərində oxuyur. Eyni zamanda, peşəkar vokal dərsləri alır. Musiqini çox sevir. İndi pandemiyaya görə beynəlxalq müsabiqələr hələ yoxdur. Daha əvvəl bir çox dövlət tədbirləri və beynəlxalq müsabiqələrə dəvət almışdı. Pandemiya bitdikdən sonra İnşallah davam edəcəyik”.

Ələkbərova bildirib ki, qızı illərdir atası ilə görüşmür:

“Artıq özü istəmir. Elə alındı ki, görüşmədilər. Bir az o tərəfdən də soyuqluq olurdu. Bir müddət də mən istəmədim. Belə alındı ki, indi uşaq özü ümumiyyətlə istəmir. 14 yaşı olacaq”.