“İllər öncə mənə deyiləndə ki, qızınız sizə oxşayır, qəribə gəlirdi”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova sosial şəbəkə hesabında qızının və nəvəsinin görüntülərini paylaşaraq yazıb.
Sənətçi Londonda yaşayan və yeni ana olan qızının ona bənzədiyini qeyd edib: "Balamın gözündə ana yorğunluğunun naxışı var! İllər öncə mənə deyiləndə ki, qızınız sizə oxşayır, qəribə gəlirdi. İndi baxıram qızıma, mən ana olduğum yaşdadır. Qoynunda körpəsi var! Yuxusuz gözlərindən öpürəm qızım!".
Son xəbərlər
Son Xəbərlər