“Qızıma hədələyici mesajlar göndərirdilər” – - Rəqsanə

qizima-hedeleyici-mesajlar-gonderirdiler-
Oxunma sayı: 2672



Müğənni Rəqsanə haqqında yayılan borc söhbətlərindən danışıb. 

“Qafqazinfo”nun Axşam.az-a istinadən verdiyi məlumata görə, sənətçi “Plyus-minus” verilişinə açıqlamasında onu Azərbaycandan didərgin salan səbəbləri açıqlayıb: “Adıma söz çıxardılar ki, guya onlara pul borcluyam. İndi iş məhkəmədədir. O insanların əlindən Azərbaycandan köçüb getdim. Burada mənə maşın sürməyə imkan vermirdilər, hara gedirdimsə qarşıma çıxırdılar. Mən borcdan qaçan insan deyiləm. Əgər kimdənsə pul almışamsa, onu qaytararam. 

Hətta iş o həddə çatmışdı ki, Moskvada qızımın nömrəsini tapıb, ona zəng edirdilər. Hədələyici mesajlar göndərirdilər. Mən bu insanlarla tək mübarizə aparıram, arxamda nə atam var, nə qardaşım”.

Müğənni üçüncü dəfə ana olmaq istədiyini də etiraf edib: “Amma hələ ki, vaxtı deyil. Zamanı gələndə bu xəbəri də sizlərlə bölüşəcəm”.