“Qızım Əfşar artıq böyüyüb. Heç vaxt istəməmişəm ki, uşaqlarım məndən qorxsun. Valideyndən qorxmaqla çəkinmək ayrı anlayışlardır. Mən atamdan qorxurdum, amma istəyirəm uçaqlarım məndən çəkinsinlər, ata zəhmini hiss etsinlər. Əvvəllər uşaqları rayona qohumların yanına göndərirdilər. Mən heç vaxt uşaqlarımı, nəinki, başqalarının heç nənəsinin yanında da qoymaram, rayona özümlə aparıb gətirirəm. Dayələrə uşaqlarımı etibar etmirəm. İnternetdə uşaqları incidən dayələrin videolarına baxıram, uşağı vəhşicəsinə döyürlər. Düşünürəm ki, o dayələrin məişət problemləri var və sanki acıqlarını uşaqlardan çıxırlar. Uşağı o zaman dayəyə etibar etmək olar ki, yanlarında evin böyüklərinən kimsə olsun. Qızıma telefonla oynamağa çox icazə vermirəm, 1 saatdan artıq telefonla oynaya bilməz. Çünki telefon, planşet uşaqlara ziyandır”.
Könül
Son xəbərlər
Son Xəbərlər