“Qızımı ləkələməyin...”- - Nuranın anası+Fotolar

qizimi-lekelemeyin-
Oxunma sayı: 7985


“Qafqazinfo”nun məlumatına görə, mətbuat nümayəndələri ilə bir araya gələn ifaçı bəzi jurnalistlərin ona qarşı qərəzli münasibətindən danışıb: “Sosial şəbəkələrdə bəzi müğənniləri təhqir edirlər, hətta valideynləri söyürlər. Hər saytın sosial şəbəkədəki səhifəsində 50 000-ə yaxın izləyici var, şəkilləri, xəbəri yayırlar və insanlar mənfi fikirlər səsləndirir. Sayt rəhbərlərindən xahiş edirəm ki, bu cür şərhlərə nəzarət etsinlər. Biz kimə nə etmişik? Başımızı aşağı salıb sənətimizlə məşğuluq. Müğənniləri tənqid hədəfinə çeviriblər. Sanki dünyadakı bütün problemlərin səbəbkarı müğənnilərdir. O gün verilişlərin birinə getməmişdən əvvəl xəstə olduğumu, canlı oxuya bilməyəcəyimi dedim. Onlar da razılaşdı, lakin yenə oxumağımı istədilər. Biz xəstə ola bilmərik? Verilişlərə çağırıb müğənniləri sorğu sual edirlər. Sualın cavabını bilməyənləri isə tənqid hədəfinə çevirirlər. Müğənni savadlı olmaya da bilər, səsi var oxuyur, Allah verib. Keçən dəfə verilişlərin birində bir həmkarlımdan Eynşteyni soruşdular, tanımadı. Bütün sosial şəbəkə həmin həmkarım müzakirə olundu, tənqid edildi. Onu niyə çağıraraq Albert Eynşteyni soruşub pərt edirlər? Eynşteyni bilməmək qəbahət deyil. İnsanları təhqir etmək qəbahətdir.

Bəzi jurnalistlər isə onların tələblərini yerinə yetirmədiyimiz üçün bizi qaralayırlar. Bütün bunlara son qoyulmasını istəyirəm”.


Mətbuat konfransında iştirak edən sənətçinin anası veteran, Qarabağ müharibəsi iştirakçısı, 2-ci qrup əlil Firəngiz Səttarova  həm Nuranın, həm də digər müğənnilərin müdafiəsinə qalxaraq jurnalistlərə müraciət ünvanlayıb:

“Mən müharibədə düşmənlə üz-üzə gəlmişəm, müharibə veteranıyam. Ermənilər həyat yoldaşımla mənim başıma pul qoymuşdu. Mən düşmən yarası almamışam ki, bu gün övladım ləkələnsin. Bütün jurnalistlər mənim balamdır. Xahiş edirəm ki, yalan xəbərlər yazmayın. Qızım da mən də əsəb keçiririk”. 

Qeyd edək ki, müğənni daha sonra jurnalistləri KİV və aidiyyatı qurumlara müğənnilərə qarşı qərəzli mövqeyin aradan götürülməsi və tədbir görülməsi ilə bağlı göndərdiyi müraciətin mətni ilə tanış edib. 

Könül