Uzun müddətdir ki, efirlərdən uzaq gəzən, Türkiyəyə köçən müğənni Ayan Babakişiyeva “Hər şey daxil” proqramına qonaq olub. “Qafqazinfo” xəbər verir ki, bir neçə günlük Bakıya gələn sənətçi canlı efirdə İstanbula getmək səbəbini açıqlayıb.
Ayan qızı Selena üçün belə bir addım atdığını qeyd edib: “Azərbaycanda məni heç kəs təhdid etməyib. Bakıdan bunlara görə köçməmişəm. Hər zaman özəl həyatımdan danışmağa çəkinmişəm. Sual veriblər, cavab verməyə çalışmışam. Gözəl həyat yaşamışam, xoşbəxt olmuşam. İndi övladımı sağlam şəkildə böyüdürəm, heç kimə də ehtiyacımız yoxdur. Qızım üçün köçmüşəm. İstəmişəm ki, o, xoşbəxt yaşasın. Bağçaya, məktəbə gedəcək, ona əlavə sözlər deyilməsini istəmirəm.
Amma Azərbaycandan uzağam. Orada yaşamaq mənə çox çətindir. İstanbula köçəndə 4 ay ağladım. Çünki öz ölkəm deyil. Həyatım gözəldir, xanım kimi yaşayıram. Amma vətənimdən uzağam”.
Son xəbərlər
Son Xəbərlər