“Qafqazinfo” milli.az-a istinadən bildirir ki, L.Mühaceri 18-20 yaşlı bir qızın başını kəsərək bu anların fotolarını çəkdirib, sonra da həmin dəhşət mənzərəli fotoları facebook-dakı profilində paylaşıb.
L.Mühaceri İŞİD-ə indiyədək 10-dən artıq albanın qatıldığını bildirərək “Bütün albanları cihada çağırıram!” yazıb.
Kosovo prezidenti Atifete Yahyaqa DİN başçısı Bayram Recepini və ölkədəkim siyasi partiyaların liderlərinin qatıldığı fövqəladə toplantı keçirib. Kosovo Milli Təhlükəsizlik Şurasının toplaantısında danışan A.Yahyaqa deyib: “Kosovonun nifrət və dözülməzlik ixracatçısı olmasına əsla izn verməyəcəyik. Ölkədə dini zəmində ayrı-seçkilik və radikalizmin yayılması, dini zəmində təhdidlər yolverilməzdir. Kosovonun müvafiq dövlət qurumları belə hallarda daha aktiv mübarizə aparmalıdır”.
L.Muhacerinin həbsinə qərar verilib, onun Kosovodakı ailə üzvləri istintaqa çağırılıb.
Suriyadakı terror qruplarına qatıldıqları üçün həbs olunmuş kosovllu İlir Berişa, Sedat Topoyani və Yetmir Kuçukunun istintaq həbsi müddəti isə 2 ay da artırılıb.
Son xəbərlər
Son Xəbərlər