Qızını öz əlləriylə oğlan etmək istəyir - - Fotosessiya

qizini-oz-elleriyle-oglan-etmek-isteyir-
Oxunma sayı: 10831


“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, 2006 -ci ildə Namibyada dünyaya gələn Şaylo Nyu- Yorkda böyük qardaşı Paks Tyenlə birlikdə görüntülənib. Bir müddət əvvəl Ancelinanın “Vanity Fair” jurnalına "Böyük qızımız Şaylo kişi olmaq istəyir" deməsi “kişi kimi oldu” xəbərlərinin yayılmasına səbəb olub. Coli isə qızının davranışlarından narahat olmadığını da ifadə edib: “Qarşılaşa biləcəyiniz ən oyunçu insandır. Son dərəcə komik və əyləncəlidir. Ayrıca yaradıcı uşaqdır". 

“Life & Style” jurnalı Ancelina Colinin qızı Şaylonu özü oğlan uşağına bənzətdiyini iddia edib. Jurnalın bu iddiasına məşhur uşaq stilisti Zoey Vaşinqton münasibət bildirib: "Coli hər reportajda qızının öz istəyiylə bir oğlan uşağı kimi geyindiyini, geyimlərini özünün seçdiyini söyləyir. Ancaq bir uşağın geyimlərini bu qədər uyğun seçməsi mümkün deyil”.