Qızını qaçıran qudasını evə qonaq etdi, bıçaqladı - Gədəbəydə

qizini-qaciran-qudasini-eve-qonaq-etdi-bicaqladi
Oxunma sayı: 734

Gədəbəydə Şəmkir sakinini bıçaqlayan şəxs saxlanılıb.

“Qafqazinfo”nun Report-a istinadən məlumatına görə, Şəmkir sakini, 1966-cı il təvəllüdlü Sahib Dəmir oğlu Əliyevi bıçaqlayan şəxs onun qudası, Gədəbəy rayon sakini Samir Ayaz oğlu Kazımov olub.

Məlumata görə, S.Əliyevin oğlu bir müddət əvvəl evlənmək məqsədilə S.Kazımovun qızını qaçırıb. Uzun müddətdir Rusiyada işləyən S.Kazımov isə bir-iki gün əvvəl yaşadığı Arıxdam kəndinə qayıdıb. O, evlərində qonaq etdiyi qudası S.Əliyev ilə mübahisə edib və bıçaqla qohumuna ağır xəsarət yetirib. S.Kazımov hadisə yerindən qaçıb. O, Rusiya Federasiyasına getmək istəyən zaman Qazax rayon "Sınıq Körpü" gömrük keçid məntəqəsində polis əməkdaşları tərəfindən saxlanılıb.

S.Kazımov barəsində Gədəbəy rayon Polis şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, araşdırma aparılır.