Tanınmış futbolçu Devid Bekhemin qızını dodağından öpməsi tənqidlərə məruz qalıb. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, o, 7 yaşlı qızı Harperi ilə İngiltərəni dəstəkləmək üçün Fransada təşkil edilən qadınlar arasında Dünya Kubokunun 1/4 final oyununa baxmağa gedib.
Oyunu izləyən Devid qızını dodağından öpüb, həmin anlar isə paparassilərə tuş gəlib. Sözügedən görüntülər sosial şəbəkələrin gündəmini zəbt edib. Hər kəs Bekhamın bu addımına mənfi rəy yazıb.
Qeyd edək ki, D.Bekhem bundan əvvəl də qızının dodağından öpən yerdə şəklini çəkərək instaqramda paylaşmışdı.



Son xəbərlər
Son Xəbərlər