“Qızınızı onunla evləndirə bilərsiniz”

qizinizi-onunla-evlendire-bilersiniz
Oxunma sayı: 2360

İngiltərə Premyer Liqasında mübarizə aparan “Çelsi”nin baş məşqçisi Antonio Konte, tələbəsi Alvaro Morata ilə bağlı maraqlı açıqlamalar verib.

“Qafqazinfo” xəbər verir ki, Moratanı tərifləyən mütəxəssis, hərtərəfli oyunçu olduğuna görə onu sevdiyini bildirib:

“Texnika və fiziki cəhətdən inkişaf etməlidir, lakin çox qərarlıdır. Davranışları hər zaman möhtəşəmdir. Kübar bir futbolçudur və bunu xoşlayıram. Bitirici zərbə vurmağı çox yaxşı bacarır. Hər an qolu hiss edir və sonunu gətirir”.

Moratanın xarakteri haqqında da danışan Konte deyib ki, o, həqiqətən yaxşı adamdır:

“Bir qızınız varsa, rahatlıqla Morata ilə evləndirə bilərsiniz. Qızınızla evləndirmək istədiyiniz adamdır”.