“Gədəbəy rayonunun Söyüdlü kəndində baş vermiş hadisədən xəbərimiz var. Bu hadisələr istənilən cəmiyyətə xasdır”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri deputat Elnur Allahvediyev Milli Məclisin plenar iclasında bildirib.
Deputat qeyd edib ki, dövlətin funksiyası bu kimi məsələləri həll etməkdir: “Ancaq aydındır ki, bu vəziyyətdən istifadə edən məkrli şəxslər də var. Onlar dövlətlə vətəndaş arasında nifaq salmaq istəyirlər. Bu isə onların gözündə qalacaq. Sosial şəbəkələrdə qızışdırıcı paylaşımlar edənlər də belə şəxslərin əlinə oynayır.
Polis də canlı orqanizmdir. Hər birimizin ətrafımızda polislər var. Hərənin bir temperamenti, xarakteri var. Əgər polis səlahiyyətlərini aşıbsa, ona qarşı tədbir görüləcək. Gəlin unutmayaq ki, polis vətənin bütövlüyü uğrunda şəhidlər verib, hazırda polis sıralarında onlarla qazi var”.
Zaur Mirzə
Son xəbərlər
Son Xəbərlər