Qızlar niyə belə edir?

qizlar-niye-bele-edir
Oxunma sayı: 9198


Təqlid edilən xəstəliyin nə olduğuna nəzər salaq:

“Qafqazinfo” xəbər verir ki, katatonik oyanma sindromu səbəbsiz və məntiqsiz  formada  meydana  çıxan, təhrif  olunmuş  hərəkətlərlə  ifadə  olunan   oyanma  halıdır. 

Oyanma bir sıra hallarda güclənərək impulisiv (qəflətən və mənasız) hərəkətlər şəklində təzahür edir. Xəstələr mənasız gülür, sifətlərini gülünc vəziyyətə salırlar. Çox zaman xəstə başını balıncdan bir qədər aralı saxlayaraq saatlarla bu vəziyyətdə  donub qalır. Hər şeyi əksinə edirlər. Məsələn: xəstəyə üst paltarlarını geyinməyi təklif etdikdə alt paltarlarını soyunur, utancaqlıq hissi itmiş olur. Hamının gözü qarşısında çılpaq dayanır. Yaxud da ətrafdakı adamlara hücum edirlər. Belə xəstələr cəmiyyətdən təcrid olunmalı və nəzarət altında saxlanılmalıdır. Əks təqdirdə ətrafdakılara xəsarət yetirər, qapı-pəncərəni sındıra bilərlər. 

Aydın düşüncə fonunda hallüsinasiyalar və sayıqlamalarla müşayiət olunan katatoniya sindromu şizofreniyanın bir forması kimi rast gəlinir.

Qızlar şəkilləri niyə belə çəkdirmək istəyir?

Çox insan ilk baxışda bu hərəkətin dodaqları şişkin göstərmək və ya təhrik üçün edildiyini düşünsə də, araşdırmalar qadınların bu vəziyyətdə bir çox komplekslərindən qurtulduğunu göstərir. Belə ki, onlar doqaqlarını büzdüyü zaman şəkillərdə gözlərinin iri düşdüyünü, yanaq və qaşlarının deformasiyasının itdiyini iddia edirlər. Fotodakı görkəmini bəyənən qadınlar üçün belə çəkdirilən şəkillər daha xoşdur.

Son illərdə daha çox rast gəldiyimiz dodağı büzüb çəkdirilən şəkillərə uzaq və yaxın keçmişdə də rast gəlmək olar. Zamanının stil ikonası olan Merlin Manronun fotolarından tutmuş ikinci dünya müharibəsinin cazibədar qadın əsgərlərinə kimi.

Günel Hacı