Alt paltarı istehsal edən “Victoria's Secret” brendi inkişaf strategiyasında dəyişiklik edib.
“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, şirkət çimərlik geyimi istehsal etməyəcək.
“Biz bir daha “Victoria's Secret” markasının adı altında “kupalnik” istehsal etməyəcəyik. Dünyada liderlik etdiyimiz məhsullarda- alt paltarı, idman geyimləri və ətirlər tədarük görəcəyik”, - deyə şirkətdən bildirilib.
Xatırladaq ki, “Victoria's Secret”in ilk mağazası 1977-ci ildə San-Fransisko şəhərində açılıb. Onun banisi Stenford Roy Reymond hesab olunur. 1982-ci ildə o, 6 mağaza açıb. Lakin maliyyə problemlərinə görə “Victoria's Secret”i qadın geyimlərindən ibarət “The Limited” adlı pərakəndələr mağazasının sahibi Lesla Veksnera satmalı olub.
Son xəbərlər
Son Xəbərlər