““İlahi məxluq” filmində yaratdığım obraza görə məni çox qınadılar. Haqqımda müəyyən yazıları oxuyurdum, faktlara baxırdım və sadəcə olaraq gülürdüm. Eyni zamanda təəssüflənirdim ki, irəli getmiş ölkəmdə bu cür dar təfəkkürlü insanlar var. Az yaşlı uşaqların internetdən istifadə etmələri və fikir bildirmələri məni əsəbləşdirirdi. Mənim övladlarımın 16 yaşı var, onları sosial şəbəkədən istifadə etməyə qoymuram. Valideynlərə demək istəyirəm ki, uşaqlarını internetdən uzaq tutsunlar. Mən də qızlarımdan ehtiyat edirdim, onlar mənim hər şeyimdir. İstəmirdim onlar haqqımda hər şeyi oxusunlar, görsünlər. Ana hər uşaq üçün dağdır. Uşaqlarımın anaları haqda pis söz eşitməyini istəmirdim. Bunlar mənə ağır gəlirdi. Sadəcə ailəmi qoruyurdum. Mən valideynlərdən ehtiyat edirdim”.
Son xəbərlər
Son Xəbərlər