Qızlarımız dördüncü oldu

qizlarimiz-dorduncu-oldu
Oxunma sayı: 696


Bakıda I Avropa Oyunları çərçivəsində akrobatika gimnastikası üzrə qadınlardan ibarət qruplar arasında balans hərəkətlərinin yekununda Belçika triosu 28.700 bal toplayaraq qızıl medal qazanıb.

“Qafqazinfo”nun məlumatına əsasən, Rusiya üçlüyü ikinci yerə (28.550 bal), Belarus gimnastları isə üçüncü yerə (28.510) layiq görülüblər.

Azərbaycan bu yarışda 27.730 balla 4-cü olub.