Qızlarımız dünya çempionatında!

qizlarimiz-dunya-cempionatinda
Oxunma sayı: 789

Bakıda qadın voleybolçular arasında 2018-ci il dünya çempionatının seçmə mərhələsinin növbəti oyunları keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, E qrupunda baş tutan son turun oyunlarında Azərbaycan millisi Hollandiya ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycanın qələbəsi ilə başa çatıb - 3:0. Bununla da Faiq Qarayevin komandası tarixində 4-cü dəfə dünya çempionatının final mərhələsində oynamaq hüququ qazanıb.

Qeyd edək ki, növbəti dünya çempionatı 2018-ci ildə Yaponiyada təşkil olunacaq.