“Qızların videosunu göstərdilər, baxa bilmədim...”

qizlarin-videosunu-gosterdiler-baxa-bilmedim
Oxunma sayı: 5403

“Elə insanlar görürük ki…  Onları hər biri qəlbimizdə iz buraxıb. İnsanları yaxşı tanımağa başlamışıq. Efirdə danışırlar, həyatına çevrilib baxırsan, görürsən ki, həmin insan don geyinib. Mən onların üzünə gülə bilmirəm. İndi məcburam ki, az efirlərdə görünüm, öz dostlarımla vaxt keçirim”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri müğənni Zamiq Hüseynov 106.3 FM-də yayımlanan “Mən DJ olsaydım” proqramına qonaq olarkən deyib.  Sənətçi canlı efirdə qeyd edib ki, artıq dostlarını özü seçir, pis insanlardan uzaq qalmağa çalışır:

“Müəyyən vaxtdan sonra baxırsan ki, işin var, uğur qazanmısan. Bu iş sənin dolanmağına imkan verir. Əvvəllər sənətə başlayanda kimlərdənsə işin keçirdi deyə onlarla otururduq, məcbur olub pis sözlər eşidirdik. Amma indi isə ətrafını özün seçirsən. Yaxşı insanlara isə pis davrananlar var. Onlara cavab vermək lazım deyil, yoxsa özlərini bir şey sayarlar. Anlasınlar ki, dəyərsiz insanlardır”. 

Zamiq dünən yayılan və ölkə gündəmini zəbt edən qızların videosundan da söhbət açıb: “Bu nə deməkdir? Soyqırım günü hər kəs paylaşdı, müzakirə etdi. O videonu mənə göstərdirlər, baxa bilmədim. Həmin qızları valideynləri, qohum-əqrəbalarını gözümün qarşısına gəldi. Onları niyə bədbəxt edirsiz? Bir anlıq özünü onların yerinə qoyursan.

Çox təəssüf. Səhifələri işlədən insanlar daxillərini ortaya qoyurlar. Mən baxa bilmədiyim şeyi onlar paylaşırlar.  Allah cəzalarını verəcək. Gəlin, bu cür səhifələri “blok”a ataq. Hər kəs birləşib belə addım atsın. İnstaqramın yaxşı tərəfləri var, amma lazımsız müğənniləri, insanları da ortaya çıxardı”.