Qızmar yay günləri bitdi - Azərbaycana payız gəldi

qizmar-yay-gunleri-bitdi
Oxunma sayı: 2143

Artıq Azərbaycanda payız fəsli başlayıb.

“Qafqazinfo xəbər verir ki, AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılovun Trend-ə bildirdiyinə görə, payız fəslinin Azərbaycana gəlişi sentyabrın 23-ü, yəni bu gün Bakı vaxtı ilə saat 00:02-də baş verib. Bu gün artıq yay fəsli başa çatır və ölkə ərazisinə payız fəsli daxil olur.

X.Mikayılov bildirib ki, bu gün gecə və gündüz bərabərliyi baş verəcək. Bu gündən başlayaraq gecələr uzanacaq, gündüzlər isə qısalmağa başlayacaq.

Gecələrin uzanması dekabrın 21-dək davam edəcək və həmin gün ən uzun gecə olacaq.

Onun sözlərinə görə, qış isə ölkəmizə dekabrın 21-i Bakı vaxtı ilə saat 20:28-də gələcək.