“Qladiator”un aktyoru vəfat etdi

qladiatorun-aktyoru-vefat-etdi
Oxunma sayı: 1480

Britaniyalı aktyor Con Şrepnel 77 yaşında dünyasını dəyişib. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “Evening Standard” yazıb.

Artist uzun sürən xərçəng xəstəliyindən vəfat edib.

Kareyerası boyu Şrepnel saysız-hesabsız filmlərdə oynayıb. Geniş auditoriya onu “Qladiator”, “Troya”, “K-19”, “Hottinq Hill” və “Qızıl əsr” filmlərində yaratdığı rolları sayəsində tanıyıb. Aktyor, həmçinin “Əsl ingilis qətli”, “Onuncu krallıq”, “Merlin”, “Foylun müharibəsi”, “Conatan Krik” və s. seriallarda çəkilib.