“Qlobal iqlim dəyişiklikləri və Ekologiya hüququ” mövzusunda konfrans

qlobal-iqlim-deyisiklikleri-ve-ekologiya-huququ-movzusunda-konfrans
Oxunma sayı: 1216


Universitetin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, konfransı giriş sözü ilə açan Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərov ilk öncə tələbələri salamlayaraq konfransın mahiyyəti və toxuacağı mövzular haqqında məlumat verib. Ekoloji sahədə qanunvericilik aktları barədə geniş məlumat verən və bu sahədə informasiya almaq hüququ dinləyicilərə izah edən komitə sədri ekoloji cinayətin anlayışı, digər cinayətlərdən fərqi, bu cinayətlərə görə nəzərdə tutulmuş məsuliyyət barədə iştirakçılara məlumat verib. Sonra  Daşqın Qənbərov konfransın məqsədi və iş planı barədə məlumat vermək üçün sözü Gənc Coğrafiyaçılar Diskusiya Klubunun rəhbəri Eltac Cəbiyevə verib. Eltac Cəbiyev konfransın məqsədi və iş planı haqqında iştirakçılara məlumat verərək hər kəsi konfransın gedişatında aktiv olmağa səsləyib. Daha sonra ekspert qismində çıxış edən Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsi Hidrometrologiya kafedrasının müəllimi dosent Əsgər Məmmədov  mövzu haqqında fikirlərini geniş şəkildə izah etdi. Konfrasnda Bakı Dövlət Universiteti tələbələri ilə yanaşı Azərbaycan Dövlət Pedeqoji Universitetinin də tələbələri iştirak ediblər. Sonda bir qrup aktiv tələbələr diplom və sertifikartlarla müafatlandırılıb.