Qlobal qeyri-sabitlik şəraitində ikitərəfli əməkdaşlıqla bağlı konfrans keçiriləcək

qlobal-qeyri-sabitlik-seraitinde-ikiterefli-emekdasliqla-bagli-konfrans-kecirilecek
Oxunma sayı: 791

İyunun 17-i saat 10:00-da “Qlobal qeyri-sabitlik şəraitində ikitərəfli əməkdaşlığın perspektivləri” adlı onlayn konfrans keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi məlumat yayıb.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Özbəkistan Prezidenti yanında Strateji və Bölgələrarası Araşdırmalar İnstitutunun birgə təşkilatçılığı ilə baş tutacaq tədbiri “Facebook” səhifəmiz https://www.facebook.com/event_invite/LfO3wnY6/və “Youtube” kanalımız vasitəsi ilə https://www.youtube.com/channel/UCMPFLuKa3rNPjcWAS5PYy3w canlı izləmək olar.

Tədbir rus dilində təşkil olunacaq.