QMİ-dən may ayı ilə bağlı- - açıqlama

qmi-den-may-ayi-ile-bagli-
Oxunma sayı: 1852


“Qafqazinfo” xəbər verir ki, AzNews.az-a açıqlamasında o, bildirib ki, may ayı toy etmək üçün ən yaxşı vaxtdır: “Bu ayda insanların qanı qaynayır. Yəni mayda toy etmək daha gözəldir. Amma bəzi insanlar eşitdikləri hansısa bir sözün əsasında bu ayda toy etməkdən çəkinirlər. Məsələn, kimsə mayda toy edib və bundan sonra hansısa bir hadisə baş verib. Həmin anda da insanlar bunu may ayı ilə bağlayırlar. Boş və əsası olmayan fikirlərdir. Bunların hamısı xurafatdan başqa bir şey deyil”.

M. Seyidzadə bunun dinlə əlaqələndirilməsinin də əleyhinə olduğunu deyib: “Bunu İslam dininə bağlamağın heç bir elmi əsası yoxdur. İslam bütün xurafatları rədd edir. Hər kəs hansısa işi görmək istəyəndə bunu Allaha təfəkkür etməklə həyata keçirməlidir. Allah buyurur ki, bütün günlər mənimdir və bu aləmi mən yaratmışam”.

QMİ rəsmisi deyib ki, bəzi günlər istisna olunmaqla toy, bayram etməkdə elə bir neqativ hal yoxdur. “May ayında toy etmək olmaz kimi fikirlərin hardan qaynaqlanır?” sualına isə M. Seyidzadə belə cavab verib: “İstisna etmirəm ki, bu cür fikirlər rus və ya erməni oyunu olub”.