QMİ-nin qəzeti bağlandı

qmi-nin-qezeti-baglandi
Oxunma sayı: 1207

Qafqaz Müsəlmanları İdarəsinin həftəlik nəşr edilən "Haqqın nuru" qəzeti fəaliyyətini dayandırıb.

“Qafqazinfo”nun report-a istinadən xəbərinə görə, dini-ictimai qəzetin fəaliyyətini dayandırmasına səbəb iqtisadi çətinliklər olub.

QMİ bundan sonra "Haqqın nuru" adlı rüblük dərgi çap edəcək.

Qeyd edək ki, "Haqqın nuru" qəzeti 2010-cu ildən fəaliyyətə başlayıb, 300 sayı çapdan çıxıb. Qəzet Azərbaycan və rus dillərində nəşr edilib.