QMİ rəsmisinin məhkəməsi başladı - “Dövlətə xəyanət”

qmi-resmisinin-mehkemesi-basladi-
Oxunma sayı: 2313

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə təqsirləndirilən Elşən Mustafayevin (Elşən Mustafa oğlu) cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hazırlıq iclası baş tutub. İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına qəbul edilib.

Məhkəmə prosesi iyulun 19-da davam etdiriləcək.

Qeyd edək ki, E.Mustafayev Qafqaz Müsəlmanları İdarəsinin rəsmi nümayəndəsi olub. 2014-cü ildə saxlanılıb və Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham edilib.

Murad Əhməd