Qobu və ətraf qəsəbələrdə 80-ə yaxın evdən oğurluq ediblər - Video

Qobu və ətraf qəsəbələrdə 80-ə yaxın evdən oğurluq ediblər
Oxunma sayı: 1524

Abşeron rayonu Qobu və ətraf qəsəbələrdə ayrı-ayrı vətəndaşlara məxsus fərdi yaşayış evlərindən oğurluq edən şəxslər saxlanılıb. 

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayonu 28 May qəsəbəsində yaşayan Elçin Əhmədov və Yusif Əsgərov tutularaq istintaqa təqdim olunublar. Bu şəxslər ifadələrində təkcə Abşeron rayonunun kənd və qəsəbələrində 60-a yaxın evdən pul, məişət və qızıl-zinət əşyaları oğurladıqlarını bildiriblər. Elçin Əhmədov və Yusif Əsgərovun “fəaliyyəti” bununla da yekunlaşmayıb. Onlar  paytaxtın Qaradağ, Binəqədi və Suraxanı rayonlarında da 20-yə yaxın evdən oğurluq etdiklərini etiraf ediblər. 

Faktla bağlı Qobu Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxslərin ətraflarında əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi