Qobuda iki maşın toqquşdu - Ölən var

qobuda-iki-masin-toqqusdu
Oxunma sayı: 1929

Abşeron rayonu ərazisində ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən rayonun  Qobu qəsəbəsində “Daewoo” və “Mercedes” markalı iki minik avtomobili toqquşub. 

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri “Daewoo” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.