Qobuda qanunsuz tikili söküldü - Video

qobuda-qanunsuz-tikili-sokuldu
Oxunma sayı: 1747

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi qanunsuz tikintilərlə bağlı tədbirləri davam etdirilir.

“Qafqazinfo” nazirliyə istinadən xəbər verir ki, tədbirlər çərçivəsində Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.

Agentlik tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Xidməti və Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.