Qobuda qayın gəlini zorakılıqla öldürdü

qobuda-qayin-gelini-zorakiliqla-oldurdu
Oxunma sayı: 2585

Abşeron rayonunda yaşayan qadın evində öldürülüb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə yanvarın 2-də Qobu qəsəbəsində baş verib. 1973-cü il təvəllüdlü Məmmədova Əqidə Mirzəkişi qızının üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. Ə.Məmmədovanı öldürməkdə şübhəli bilinən qaynı Rafiq Məmmədov saxlanılıb.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. 

Murad Əhməd