Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Qobustan qəsəbəsində səyyar qəbulu keçirilib.
“Qafqazinfo” xəbər verir ki, qəbulda Qobustan qəsəbə sakinləri, həmçinin rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.
Qobustan qəsəbə sakinləri onları narahat edən nəqliyyat məsələləri, asfalt örtüyünün salınması, su və kanalizasiya sistemində olan nasazlıqlardan olan narazılıqlarını rayon rəhbərinə çatdırıblar.
Sakinləri fərdi qaydada dinləyən S. Mikayılov qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını verib, bəzi müraciətlər isə yerindəcə həll edilib.


Son xəbərlər
Son Xəbərlər