Qobustana dolu düşdü, Xarmidorçaydan sel keçdi - Faktiki hava

qobustana-dolu-dusdu-xarmidorcaydan-sel-kecdi
Oxunma sayı: 3212

Azərbaycanda faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, iyunun 13-ü saat 20:00-a olan məlumata əsasən, Altıağac, Şahdağ, Xaltan, Quba, Qusar (Laza), Xınalıq, Qobustan, Qrız, Şabranda arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

Yağan leysan xarakterli yağışlar nəticəsində saat 15:43 radələrində Quba rayonu Xaltan kəndi ərazisindən keçən Xarmidorçaydan sel keçib.

Saat 18:42-18:53 radələrində Qobustan rayonuna diametri 14-20 mm olan dolu düşüb.