Qobustanda 4 otaqlı ev yanıb

qobustanda-4-otaqli-ev-yanib
Oxunma sayı: 999

Qobustan rayonunun Bədəlli kəndində ümumi sahəsi 135 m2 olan kürsülü, birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları, bitişik ümumi sahəsi 150 m2 olan talvarın yanar konstruksiyaları 110 m2 sahədə və talvarın altına yığılan 7 ton ot bağlamasının 4 tonu yanıb.

Bu barədə "Qafqazinfo"ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. 

Talvarın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.