Qobustanda 9 yaşlı qız yandı

qobustanda-9-yasli-qiz-yandi
Oxunma sayı: 1169

Qobustan rayonunda ehtiyatsızlıq 9 yaşlı qıza baha başa gəlib. "Qafqazinfo" xəbər verir ki, Polis İdarəsindən anspress-ə verilən məlumata görə, hadisə rayonun Şıxzahirli kəndində qeydə alınıb. Həmin kənddə yaşayan 2006-cı il təvəllüdlü Günel Hacıyeva qaz sobasının üzərindən qaynayan çaydanı götürərkən ehtiyatsızlıqdan çaydan onun üzərinə düşüb. Ağır yanıq xəsarətləri alan qız əvvəl yerli rayon xəstəxanasına, oradan isə Respublika Yanıq Mərkəzinə gətirilib. Xəstəxanadan 9 yaşlı qızın vəziyyətinin ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirildiyini bildirdilər.

Faktla bağlı Rayon Polis İdarəsində araşdırma aparılır.