Qobustanda ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə Şıxzahırlı ərazisində qeydə alınıb.
İdarəetməni itirərərək toqquşan iki minik avtomobilindən biri aşıb.
Qəza nəticəsində avtomobildə olan 2 nəfər hadisə yerində ölüb. Onların bacanaq olduqları bildirilir.
Faktla bağlı araşdırma aparılır.
***
DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, bu gün axşam saatlarında Qobustan rayonunun Şıxzahırlı ərazisində “Mercedes” markalı avtomobilin sürücüsü, 1985-ci il təvəllüdlü Cavid Mürsəliyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.
Nəticədə sürücü və avtomobildəki sərnişin 1988-ci il təvəllüdlü Cavid Həmzəyev aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər