Qobustanda dəhşətli qəza

qobustanda-dehsetli-qeza
Oxunma sayı: 645

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, nəticədə, "VAZ" markalı minik avtomobilinin sürücüsü - 1961-ci il təvəllüdlü Abdullayev Nadir Sədr oğlu və avtomobildə olan 4 sərnişin - 1962-ci il təvəllüdlü Abdullayeva Qənirə Aslan qızı, 1990-cı il təvəllüdlü Abdullayev Farız Nadir oğlu, 1967-ci il təvəllüdlü Aslanova Xoşgül Əli qızı və 1937-ci il təvəllüdlü Aslanova Səkinə Əliş qızı hadisə yerində vəfat ediblər.

Hadisə yerinə cəlb edilmiş yanğınsöndürənlər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qeyd olunan şəxslərin cəsədlərini avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır