Qobustanda yeni park istifadəyə verilib

qobustanda-yeni-park-istifadeye-verilib
Oxunma sayı: 1781

Qaradağ rayonunun Qobustan qəsəbəsində yeni salınmış mədəniyyət-istirahət parkı istifadəyə verilib.

“Qafqazinfo” xəbər verir ki, parkın açılışında rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyətinin məsul işçiləri, eləcə də Qobustan qəsəbəsinin 150-dən çox sakini iştirak edib.

Öncə Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov parkda görülən işlərlə tanış olub. 

Rayonda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində əhalinin istirahəti üçün salınmış Qobustan mədəniyyət-istirahət parkında bütün yaşlı insanların asudə vaxtının keçirilməsi üçün şərait yaradılıb.

Yeni salınmış parkda icra başçısı qəsəbə sakinləri ilə səyyar görüş keçirərək onları dinləyib və əhalini narahat edən problemlər ilə yaxından maraqlanıb.

Qəsəbə sakinlərindən 7 nəfəri S. Mikayılov tərəfindən fərdi qaydada dinlənilib, onların problemlərinin həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilib.