Qobustandakı yanğın söndürülüb - Yenilənib

qobustandaki-yangin-sondurulub
Oxunma sayı: 2287

Bakı şəhərinin Qaradağ rayonu, Qobustan Dövlət Qoruğunun ərazisində baş vermiş yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, yanğın nazirliyin Aviasiya dəstəsinin 2 helikopteri cəlb edilməklə Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Mülki müdafiə qoşunlarının müvafiq canlı qüvvə və texnikası tərəfindən saat 18:55-də söndürülüb.

Yanğının ətraf ərazilərə yayılmasının qarşısı alınıb.

Yanğın nəticəsində 10 ha sahədə quru ot və kol-kos yanıb.

***

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakının Qaradağ rayonu, Qobustan Dövlət Qoruğuna aid dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

“Qafqazinfo” FHN-in saytına istinadən xəbər verir ki, dərhal nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Mülki müdafiə qoşunlarının müvafiq qüvvələri və Aviasiya dəstəsinin 2 ədəd helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.

İlkin məlumata əsasən, dağlıq ərazidə quru ot və kol-kos yanır.

Yanğının söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.