Qoca ər-arvadı baltalayıb öldürdülər

qoca-er-arvadi-baltalayib-oldurduler
Oxunma sayı: 3211

Qazax rayonunda qətl hadisəsi baş verib.

“Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki, 77 yaşlı kişi və 75 yaşlı qadın öldürülüb. 1939-cu il təvəllüdlü Nəriman Bayraməli oğlu Osmanov və onun qeyri-rəsmi nigahda yaşadığı 1941-ci il təvəllüdlü Dünya Bakıxanovanın rayonun Cəfərli kəndində birgə yaşadıqları mənzildə üzərlərində çoxsaylı xəsarətləri olan meyitləri aşkarlanıb.

Faktla bağlı Qazax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsilə cinayət işi başlanıb.

Cinayəti törədən şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində istintaq tədbirləri həyata keçirilir.
ANS PRES-in əldə etdiyi məlumata görə, öldürülən Nəriman Osmanovun həyat yoldaşı 6 il əvvəl dünyasını dəyişib. Bundan sonra isə Dünya Bakıxanova ilə birgə yaşamağa başlayıblar. Onlar qətlə yetirildikləri evdə ikisi yaşayırmış və məlumata görə, bıçaqlanaraq öldürülüblər.

APA isə cütlüyün baltalanaraq öldürüldüyünü yazıb.