“Qafqazinfo”nun məlumatına görə, evin mətbəx hissəsindən başlayan yanğın tədricən tiklinin tavan və otaqlarına doğru genişlənməyə başlayıb.
Yanğını ilk görən qonşular evdə köməksiz halda qalan qocanı xilas ediblər.
Hadisə yerinə çağırılmış Cəlilabad Yanğından Mühafizə Hissəsinin əməkdaşlarının köməyi ilə 140 kvadratmetrdən ibarət evin 100 kvadratmetrə yaxın hissəsi yanğından mühafizə olunub. Bununla belə, evin mətbəxi, eləcə də 1 otağı içindəki məişət əşyaları ilə birlikdə tamamilə yanıb.
İlkin ehtimala görə, yanğın elektrik naqillərində baş vermiş qısaqapanmadan baş verib.
Faktla bağlı araşdırmalar aparılır.
Son xəbərlər
Son Xəbərlər