“Qohumbazlıq, çək-çevir üçün münbit şərait yaradılıb”

“Qohumbazlıq, çək-çevir üçün münbit şərait yaradılıb”
Oxunma sayı: 1618

“Sosial müdafiənin çərçivələri və ünvanlarını daha dəqiq müəyyənləşdirən, bu işdə əyriliyin, aztəminatlı ailələrin haqqına göz dikilməsinin qarşısını alan daha etibarlı sistem işlənib-hazırlanmalıdır”. 

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Sabir Rüstəmxanlı bildirib. 

“Fikrimcə, indiki halda sosial yardım şəbəkələri çox asanlıqla, sosial oğurluq şəbəkələrinə, əhalini narazı salmaq meydanına çevrilir və çevrilə bilər. Ailələr uşaq pulu alarkən buna imkan yox idi. Buna ən böyük səbəb uşaq idi. Amma indi, sosial müdafiə sənədləşdirmələri, qohumbazlıq, çək-çevir və bu yardımlardan imtina üçün münbit şərait yaradılıb”, - deyə millət vəkili qeyd edib.  

Eldar Tanrıverdi