Qohumlarının bahalı qəbirlərini sökdürdü- - Şamaxıda+Video

qohumlarinin-bahali-qebirlerini-sokdurdu-
Oxunma sayı: 9051


İmkanı olan, olmayan bir-birinə baxır qəbirləri bahalı daşlardan düzəldirdi. Bu hal kənddə adətə çevrilmişdi.

Şamaxıda bu dəbdəbənin qarşını almaq üçün bir nəfər nümunəvi addımla çıxış edib.

Rayonun birinci Çaylı kəndində Qara Bədəlov adlı şəxs atası və digər qohumlarının qəbirlərində olan bahalı mərmərlərini sökdürüb. Yerində isə gördüyünüz bu sadə qəbirləri düzəltdirib.

Başlanğıcda hamı tərəfindən qınanan bu təşəbbüs artıq yaxşı hal kimi qarşılanır.

Qara Bədəlovun təşəbbüsündən sonra heç kim bahalı daşlardan istifadə etmir. Hamı qəbirləri sadə üsulla düzəltdirir. Hazırda Çaylı kəndində 40-dan çox məzar bu şəkildə düzəlib. Ənənə qonşu kəndlərdə də yayılmağa başlayıb.

Xəzər Xəbər