“Qafqazinfo”nun məlumatına görə, millət vəkili deyib ki, hər bir qızımızın ilk növbədə normal orta təhsil alıb, ali təhsil və ya hər hansı bir peşə öyrənmək arxasınca getməsi çox vacibdir, bu, məhz həmin qızların gələcəyi üçün önəmlidir:
“Bu gün Tovuzda bizi ən ciddi narahat edən məsələlərdən biri həyat yoldaşını itirən bir çox qadınların üzləşdiyi ciddi çətinliklər və ya ailəsi dağılan qadınların övladları ilə birlikdə ciddi problemləridir. Çalışmalıyıq ki, qızlarımız hər hansı bir peşəni öyrənsinlər ki sabah çıxılmaz vəziyyətdə qalmasınlar. Ondan sonra təbii ki, hər bir qızımız ailə də qurmalıdır”.
Erkən evliliklərin qızların ana kimi formalaşması, sağlamlığı üçün də problem yaratdığını deyən millət vəkili çox ciddi problemlərdən olan yaxın qohum nikahları ilə də bağlı kəndlərdə sakinlərlə geniş söhbət edib:
"Hələ də kəndlərimizdə yaxın qohum nikahının çox yaxşı olduğunu düşünərək bu cür evliliklər edənlər var və onların sayı az deyil. Bunun nəticəsində bir sıra xəstəliklər, irsi qan xəstəlikləri artır".
O, sakinləri bu məsələyə öz övladlarının gələcəyi üçün həssas yanaşmağa çağırıb.
Son xəbərlər
Son Xəbərlər