Qohumluq əlaqələri müəyyənləşən şəhid Yevlaxda dəfn olundu - Fotolar

qohumluq-elaqeleri-mueyyenlesen-sehid-yevlaxda-defn-olundu
Oxunma sayı: 2094

Ermənistan silahlı birləşmələrinin hücumlarının qarşısını alarkən döyüşlərdə həlak olaraq tanınmadan İmişli rayonundakı “Şəmmədli” qəbiristanlığında dəfn edilmiş şəhidlərə aid meyit qalıqları eksqumasiya olunub.

“Qafqazinfo”nun məlumatına görə, şəhid Vəlyəddin İbrahimovun nəşi ailə üzvlərinin istəyi ilə Yevlax şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib.

Dəfn mərasimi hərbi rituallara uyğun olaraq Dövlət Təhlükəsizliyi Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Dövlət Komissiyası, İmişli və Yevlax rayon icra hakimiyyətlərinin təşkilatçılığı, şəhid ailəsinin, ictimaiyyətin, Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə həyata keçirilib.

Qeyd edək ki V. İbrahimov 1994-cü ildə şəhid olub

Elmar Əli